<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>190</hymn_number>
<lyrics>[V1]
 Qurbanlıq İsamız, Pasxa Quzumuz,
 Günahlarçün Qurban olan Quzumuz.
 Azadlıq tapmışıq bu Qurbanda biz,
 Bircə İsadadır qurtuluşumuz.

[C1]
   Rəbb dirildi, İsa dirildi, Məsih dirildi!
   Allahın Oğlu, İsa dirildi!

[V2]
 Fidiyə olaraq öldü çarmıxda,
 Qüsursuz Məsihin axdı Qanı da.
 Başqa qurbanları siz axtarmayın -
 Bağışlanma yalnız Onun Qanında.

[V3]
 Ölülərdən ilkin dirilən Odur,
 Allahın sağında oturan Odur.
 O geri dönəcək gözləyənlərçün
 Şahidlik edən də Müqəddəs Ruhdur.</lyrics>
<title>Qurbanlıq İsamız, Pasxa Quzumuz İL190</title>
</song>